Qəhvə insan orqanizmində nəyi bərpa edə bilmir?

 22:55 10.06.2021     53

Qərb alimləri kofeinin daha sürətli oyanmağa kömək etdiyini və enerji miqdarını artırdığını, lakin bədənin bərpası üçün yuxu saatlarını əvəz edə bilmədiyini aşkar edib. Miçiqan Universitetinin Psixiatriya və Psixologiya Bölməsinin nümayəndələri qəhvənin yuxu çatışmazlığının idrak qabiliyyətinə mənfi təsirinin aradan qaldırılmasına necə kömək etdiyini qiymətləndirməyə çalışıb.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, alimlər 275 könüllünün qatıldığı bir təcrübə keçirib. Təcrübə zamanı alimlər, yuxu çatışmazlığı vaxtı qəhvənin, beyin fəaliyyətinə səbəb olan stimullaşdırıcı xüsusiyyətinə etibar etməyin zəruriliyini sübut edib. Mütəxəssislərin sözlərinə görə, qəhvə enerji səviyyəsini artırır və hətta əhval-ruhiyyəni yaxşılaşdırır, lakin gecə yuxusunu əvəz etmir. Mütəxəssislər həmçinin xroniki yuxu çatışmazlığının idraka, əhval-ruhiyyə və immunitetə mənfi təsir etdiyini qeyd edir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/955016.html