Ərdoğan Makronla Qarabağı MÜZAKİRƏ EDƏCƏK

 23:13 10.06.2021     58

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla görüşəcək.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dövlət başçıları iyunun 14-də keçirilən NATO sammiti öncəsi bir araya gələcəklər.

Məlumata görə, liderlər görüş zamanı Qarabağ məsələsini də müzakirə edəcəklər.

“NATO daxilində müttəfiqlər arasındakı münasibətlər önəmlidir. Bu məsələyə aydınlıq gətirmək üçün Ərdoğanla sammitdən əvvəl görüşəcəyik”, - deyə Fransa prezidenti bildirib.

Hüseyn


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/359112.html