İnsanın ən üstün yadigarı nədir?

 23:15 10.06.2021     59

İnsanın bu dünyadan axirətə apara biləcəyi ən gözəl azuqə saleh əməllərdir. Çünki Quranın da buyurduğu kimi, insanların hamısı ziyan içindədirlər. Ancaq o kəslər ki, iman gətirər və saleh əməl yerinə yetirər - onlar bu ziyndan xilas olarlar. Ona görə də deyə bilərik ki, yaxşı əməllər - insanın özündən sonra qoyub getdiyi ən üstün yadigarlardır.

Quran buyurur: "Şübhəsiz, insan, (ömrünün azalması, puç olması və nəfsi istəklərinin və şeytanın ona qalib gəlməsi baxımından) ziyan içindədir, Yalnız iman gətirib saleh əməllər edən, bir-birinə haqqı (sabit doğru əqidə və əməlləri) və (vəzifələri yerinə yetirməkdə) səbri tövsiyə edənlərdən başqa". ("Əsr" 2-3).

Gözəl əxlaq və saleh əməlləri ancaq İslam dini tövsiyə etmir. İslamdan əvvəl də bu əməllər tövsiyə edilmiş və başqaları tərəfindəntəriflənmiş və bəyənilmişdir. (Həvzəh)

Bir gün Makedoniyalı İsgəndər öz ordusu ilə bir yerdə əyləşmişdi. Onlardan biri dedi: "Böyük Allah sənə geniş hakimiyyət vermişdir. Çoxlu qadınlarla evlən ki, övladlarının sayı da çox olsun və səndən sonra yadigar olsunlar".

İsgəndər cavab verir: "Bu böyük dünyada insanın tək yadigarı övladı deyildir. Əslində özündən nümayiş etdirdiyi gözəl əxlaq və özündən sonra qoyub getdiyi bəyənilən yollardır".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/955005.html