Ermənistandan 800 milyon dollar çıxarıldı - Baqratyan

 23:47 10.06.2021     55

3 il ərzində iqtisadi artım 5 faiz, yəni ildə təxminən 1.6 faiz təşkil edib. Belə zəif artım 30 il ərzində olmayıb.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Azadlıq Partiyasının sədri Qrant Baqratyan deyib.

“Birbaşa xarici investisiyalar 1 milyarddan 250 milyon dollara qədər azalıb. Ermənistandan çıxarılan pullar 800 milyon dollara çatıb. 3 ildir Nikolun dediyi oğurluqlardan büdcəyə heç nə qayıtmadı. Növbəti 5 ildə də heç nə etməyəcək”, - Baqratyan bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/565042.html