Bu qidalar koronavirusdan qoruyur

 23:56 10.06.2021     56

ABŞ alimlərinin fikrincə, balıq və tərəvəzlərdən hazırlanan yeməklər koronavirus infeksiyasının inkişaf etməsi ehtimalını azaldır.

Axar.az xəbər verir ki, bu barədə “BMJ Nutrition, Prevention & Health” jurnalında yayımlanan məqalədə bildirilib.

Alimlər Fransa, Almaniya, İtaliya, İspaniya, İngiltərə və ABŞ-da çalışan 2884 həkim və tibb bacısı haqqında məlumatları analiz ediblər. Onlar 2020-ci ilin iyul-sentyabr aylarında keçirilən sorğu zamanı ötən il istehlak etdikləri qidalarla bağlı məlumatlar veriblər.

Məlum olub ki, bitki mənşəli, balıq və dəniz məhsulları ilə qidalananlar koronavirusa daha az yoluxublar. Alimlərin qənaətinə görə, bitki mənşəli yeməklər xüsusilə immun sistemi üçün vacib olan vitaminlər və minerallarla zəngindir. Dəniz məhsulları isə dərini və orqanları iltihabdan qoruyan D vitamini və Omeqa-3 yağ turşularına malikdir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/saghliq/565041.html