ABŞ səfiri Rusiyadan qovulub? - Departament

 00:46 11.06.2021     51

ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan bir neçə həftə öncə Vaşinqtona geri qayıtdı. O, qovulduğu, yaxud məcburiyyət qarşısında qaldığı üçün deyil, məsləhətləşmələr üçün gəldi.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

"Hazırda səfir Rusiya və ABŞ liderlərinin görüşünə hazırlıq işlərində fəal iştirak edir və önümüzdəki həftələrdə Moskvaya qayıtmasını gözləyirik", - Prays söyləyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/565056.html