"Şou-biznes bataqlıqdır"

 01:40 11.06.2021     52

Müğənni Elnur Məmmədov "Onda görüşək" proqramında sənəti ilə bağlı açıqlamalar verib.

Milli.Az sherq.az-a istinadən xəbər verir ki, o şou-biznesi bataqlıq adlandırıb:

"Mən həmin bataqlıqdan özümü çıxara  bilmişəmsə, xoşbəxt insanam. Sənət dostlarımı pisləmirəm. Sadəcə sektorumuz pisdir. Sevdiyim, hörmət etdiyim dostlarımdan bəzilərinin ətrafındakı insanlar onları bataqlığa çəkirlər. Deyəndə də anlamırlar.

Bir yaş həddinə gələndə başa düşürsən. Düzdür, mən həmin yaşdan tez dərk etdim.

Çox  şükür ki, Allah gözümü tez açdı. Dözə bilmirəm. Elə bilirsiz asandır? Bəzən həmyaşıdlarıma uşaq kimi baxıram.

Hərdən on il əvvəlki danışığımız yadıma düşəndə deyirəm ki, bu nə söhbətdir etmişəm? Yaxud da bu nə gülməkdir?"

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/955723.html