Perunun yeni prezidenti o seçildi

 01:49 11.06.2021     53

Azad Peru Partiyasının nümayəndəsi Pedro Kastilyo ölkədə keçirilən prezident seçkilərinin qalibi olub.

Axar.az xəbər verir ki, bülletenlərin təxminən 99,2 %-i hesablanıb. Nəticələrə əsasən, Kastilyo 50,198 faiz səs toplayıb. Seçicilərin 49,802 faizi isə Xalq Gücü Partiyasının namizədi Keyko Fuximoriya səs verib.

Qeyd edək ki, Perunun yeni seçilmiş prezidenti 28 iyulda vəzifənin icrasına başlayacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/565063.html