Qara dənizdə radardan itən təyyarənin pilotu həlak oldu

 02:01 11.06.2021     54

Qəzaya uğrayan Bolqarıstan qırıcı təyyarəsinin pilotu həlak olub.

Axar.az xəbər verir ki, bu barədə Bolqarıstanın Müdafiə Nazirliyi məlumat verib.

"Axtarış əməliyyatları zamanı Miq-29 qırıcısının pilotu mayor Valentin Terzievin 9 iyunda təlim uçuşu zamanı baş verən qəzada həlak olduğu müəyyən edilib", - MN-dən qeyd olunub.

Qeyd edək ki, təyyarə ilə əlaqə Qara dəniz üzərində təlim uçuşu zamanı kəsilib. Təyyarə dənizə düşüb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/565066.html