Gülay üçüncü dəfə xərçəng olduğunu öyrəndi

 02:00 11.06.2021     53

1990-cı illərdə məşhur olan müğənni Gülay uzun müddətdir mübarizə apardığı böyrək xərçəngindən sağalmışdı.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bir vaxtlar hər kəsin dilində əzbər olan "Cesaretin var mı aşka?" mahnısının ifaçısı yenidən xərçəngə yoluxub.

2019-cu ildə çoxlu orqan çatışmazlığı ilə mübarizə aparan Gülay müalicədən xilas ola bilmir.

Pandemiya qadağalarının yumşaldılmasından istifadə edən müğənni Bodruma bacısının yanına istirahətə yollanıb. Halı pisləşən sənətçi xəstəxanaya yerləşdirilib. Həkimlər uşaqlıq yolu xərçəngindən şübhələnib. Alınan analizlərin nəticəsi şübhələnilən kimi çıxdığı üçün müğənni İstanbula gətirilib.

Gülay xəstəxanaya yerləşdirilərək yenidən əməliyyat olunacaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/955724.html