Avro-2020: Avstriya Şimali Makedoniyanı məğlub etdi

 23:21 13.06.2021     67

Avstriya millisi 2020-ci il Avropa çempionatının qrup mərhələsinin ilk turunun matçında Şimali Makedoniya komandasını məğlub edib.

Axar.az xəbər verir ki, oyun 3:1 hesabı ilə sona çatıb.

Buxarestdə baş tutan oyunda qolları Avstriya tərəfindən 18-ci dəqiqədə Ştefan Layner, 78-ci dəqiqədə Mixael Qreqoriç və 89-cu dəqiqədə Marko Arnautoviç, şimalı Makedoniya tərəfindən isə 28-ci dəqiqədə Qoran Pandev vurub.

Qeyd edək ki, C qrupunda ilk turun digər oyunu Niderland və Ukrayna milliləri arasındadır. Bakı vaxtı ilə saat 23:00-da başlayan qarşılaşma "Amsterdam Arena"da keçirilir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/565705.html