Yayda soyuq duşun orqanizmə fəsadları - Bu xəstələrə olmaz

 23:25 13.06.2021     62

Yayda sərinləmək üçün soyuq duş qəbul etmək bir çox xəstəlikləri kəskinləşdirir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, rusiyalı terapevt Aleksey Xuxrev yalnız tam sağlam adamların soyuq duş qəbul edə biləcəklərini açıqlayıb.

Əgər insanın şəkərli diabet, təzyiq, ürək-damar problemi varsa, qəfil soyuq suyun təsiri damarların spazmına səbəb olacaq, bu da ürək, beyin xəstəliklərini aktivləşdirir.

Eləcə də azyaşlı uşaqların, hamilə qadınların soyuq duş alması yolverilməzdir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/956197.html