Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var

 23:26 13.06.2021     60

Ağstafa rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun Saloğlu yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Onlar Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/956432.html