Baş nazirlikdən gedən Netanyahudan ilk açıqlama

 23:32 13.06.2021     66

Baş nazir kabinetini tərk etməyimə baxmayaraq, siyasətdən çəkilməyəcəyəm.

Axar.az xəbər verir ki, bu sözləri İsrailin artıq keçmiş baş naziri sayılan Benyamin Netanyahu deyib.

O, hazırda müxalifətə keçən “Likud” partiyasının rəhbəri olaraq qalacağını və gələcək seçkilərdə namizəd olacağını bildirib:

“Bu təhlükəli solçu hökuməti (bu gün seçilən hökuməti nəzərdə tutur - red.) devirmək üçün gündəlik mübarizənizdə sizə rəhbərlik edəcəyəm və Allahın köməyi ilə bu, düşündüyünüzdən daha sürətli olacaq”.

Qeyd edək ki, İsrail Knesseti yeni hökumətin tərkibini təsdiq edib. Qərara əsasən, yeni hökumətə Naftali Bennet rəhbərlik edəcək.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/565707.html