Bugatti müştərilərinə ağıllı saat təklif edir - FOTO

 23:30 13.06.2021     55

Bugatti şirkəti VIITA firmasının dəstəyi ilə hazırladığı ağıllı saatı təqdim edib. Ağıllı saat öz sahibinin bioloji parametrlərini izləməyəvə avtomobil haqqında məlumatı almağa imkan verən xüsusi tətbiqə malikdir.

Məsələn, ağıllı saat sahibinin nəbzini, təzyiqini, qanındakı oksigen səviyyəni hesablamağa və hətta onun yuxusunun keyfiyyətini müəyyən etməyə kömək edəcəkdir. Pilotlar yarışlar və məşqlər zamanı öz bədənlərindəki dəyişiklikləri izləyə biləcəkdirlər. Bundan əlavə, cihaz bioloji yaşı və stress səviyyəsini hesablaya bilər.

Milli.Az autograph.az-a istinadən bildirir ki, saatın korpusu titandan və ya keramikadan hazırlanır. Onun ekranı 390x390 piksellik icazəyə malikdir və safir şüşə ilə örtülüb. Məlumatların göstərilməsinin 10 variantı var. Hər bir saat GPS sensoru ilə təchiz olunur ki, bu da telemetriyaya girişi təmin edir. Bunun sayəsində pilot sürətlənmənin intensivliyini və dövrəni keçmə müddətini ölçmək imkanı əldə edir.

Ağıılı saatın bir nüsxəsinin hazırlanmasına 20 gün gərəkdir. Alıcılar Pur Sport, Le Noire və Divo kimi tanış adları daşıyan üç dizayn variantından birini seçə biləcəklər. Seçimdən asılı olmayaraq, müştəri iki qayış variantını əldə edəcəkdir - xüsusi hallar üçün titandan, gündəlik istifadə üçün kauçukdan hazırlanmış qayış. Ağıllı saatların dəyəri açıqlanmayıb, lakin tirajları məlumdur - 600 ədəd.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/952684.html