Baş məşqçi Eriksenə görə UEFA-nı qınadı

 23:29 13.06.2021     58

Danimarka millisinin baş məşqçisi Kasper Yulman Eriksenin başına gələnlərdən sonra komandadakı vəziyyət barədə danışıb.

Milli.Az modern.az-a istinadən bildirir ki, o, bütün oyunçuların şoka düşdüyünü bildirib.

Yulman Eriksenlə söhbət etdiyini və onun çox şeyi xatırlamadığını qeyd edib.

"Daha çox sizə görə həyəcan keçirirəm, uşaqlar. Necəsiniz orada?", -deyə K.Eriksen millinin üzvlərinə müraciət edib.

Yığma komandanın çalışdırıcısı UEFA-nı da qınayıb. O, bəyan edib ki, qurum Danimarka seçməsinə şok halından çıxamaq üçün yetərincə vaxt verməyib. 

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/956433.html