Şuşa liderlərin səfərinə hazırlanır - FOTO

 23:31 13.06.2021     56

Şuşada Azərbaycan və Türkiyə Prezidentlərininin səfəri ilə əlaqədar hazırlıq işlərinə başlanılıb.

Publika.az xəbər verir ki, Azərbaycan-Türkiyə bayraqları Şuşanın girəcəyinə dairəvi formada sancılıb.

Həmçinin Ali Baş Komandan İlham Əliyevin Şuşa ilə bağlı səsləndirdiyi tarixi sözlər poster olaraq şəhər küşələrinə asılıb.

Bildirək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-16-da Azərbaycana rəsmi səfər edəcək. Səfər çərçivəsində Şuşada ikitərəfli görüşlər keçiriləcək. Görüşlərdə Türkiyə-Azərbaycan münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə ediləcək.

Türkiyə Prezidenti səfərlə əlaqədar olaraq Azərbaycan Milli Məclisində çıxış edəcək.

İki ölkənin dövlət başçıları Türkiyənin futbol üzrə millisinin iyunun 16-da futbol üzrə Avropa çempionatında Bakıda Uelslə seçmə qrup oyununu birlikdə izləyəcəklər.

Hüseyn


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/qarabag/359410.html