Behiştin Rəyan qapısı kimin üçündür?

 23:45 13.06.2021     103

Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, Qiyamət günü gəlib çatar, oruc tutanlar qəbirlərindən o halda qalxarlar ki, orucun iyinə görə tanınarlar. Ağızlarının iyi müşkdən daha yaxşıdır və behiştin ləziz yeməkləri ilə qarşılanarlar".

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Böyük Allah behiştdə həqiqi oruc tutanlara buyurar: "Ey, Mənim dostlarım! Dünyada sizlərin əksər hissəsini götdüm ki, aclıq və susuzluğun şiddətindən dodaqları bir-birinə yapışmışdır. Ona görə də behişt nemətlərində rahat olun və onun yeyəcəklərindən və içəcəklərindən yeyin və için"".

Məsumlardan (ə) gələn hədisdə oxuyuruq: "Oruc bais olar ki, həqiqi oruc tutan Qiyamətin aclıq və susuzluğundan amanda olsun".

"Böyük Allah həqiqi oruc tutana cəhənnəm atəşindən nicat verər".

"Behiştdə bir qapı vardır ki, adı Rəyandır. O zaman ki, Qiyamət günü gəlib çatar, deyilər ki, oruc tutanlar haradadır? O zaman ki, bu qapıdan daxil olarlar, bağlanar. Orada behişt içəcəkləri vasitəsilə onlara qulluq edilər. Hər kim ondan içərsə, bir daha susuz olmaz".

"Oruc - cəhənnəm atəşi qarşısında qalxan və möhkəm qaladır".

"Necə ki, silah dünyada düşmən qarşısında qalxan və müdafiə vasitəsidir, oruc da Qiyamət günü mömin insan üçün cəhənnəm atəşi qarşısında qalxan və hafizdir".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/954495.html