Paşinyan yürüşdə: Rəqiblərini təhdid etdi

 23:54 13.06.2021     61

Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan İrəvanın Şenqavit administrativ dairəsində təbliğat yürüşü keçirib.

Axar.az xəbər verir ki, yürüşdə onun bir sıra tərəfdarları iştirak edib.

“Bu gün seçici “qarışıqlığı” ilə məşğul olanların gələcəyi yoxdur. Hər kəsə xəbərdarlıq edirəm”, - deyə Paşinyan əleyhdarlarına da xəbərdarlıq etməkdən çəkinməyib.

Qeyd edək ki, yürüşdə Paşinyanı xeyli polis və təhlükəsizlik əməkdaşı müşayiət edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/565713.html