Ermənistanda kriminal hesablaşma: “oğru”nun qəbri üstə güllələndi

 00:08 14.06.2021     61

Ermənistanın Ararat şəhərində qətl hadisəsi baş verib.

Axar.az xəbər verir ki, bu gün axşam saatlarında şəhər qəbiristanlığında, qanuni oğru “Marso” ləqəbli Marzpetuni Petrosyanın qəbrinin üstə 34 yaşlı Armen Ovannisyan güllələnib. Xəstəxanaya çatdırılan Ovannisyan orada keçinib.

Ölən şəxsin də kriminal aləmə yaxın olduğu bildirilir.

Qeyd edək ki, Vətən müharibəsindən sonra Ermənistanda kriminal hesablaşmaların sayı artıb. Vaxtaşırı olaraq silahlı insidentlər baş verir. İrəvanın mərkəzi küçələrində belə halların yaşanması adi hal alıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/565716.html