NATO ölkələri razılaşdı: Kiberhücum olarsa...

 00:29 14.06.2021     56

Brüsseldəki sammitdə NATO ölkələri onlara qarşı kiberhücum edildikdə bir-birilərinə kömək üçün razılaşma əldə ediblər.

Axar.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Cek Sallivan bildirib.

O, qeyd edib ki, hər hansı müttəfiq kütləvi kiberhücuma məruz qalarsa və bunun öhdəsindən gəlmək üçün digər üzvlərin texniki və ya kəşfiyyat dəstəyinə ehtiyac duyarsa, NATO nizamnaməsinin beşinci maddəsindən istifadə edə bilərlər (ittifaqın bir üzvünə edilən hücum bütün üzvlərə hücum kimi qəbul edilir – red.).

Qeyd edək ki, ötən günlərdə İngiltərə Rusiyanı kiberhücuma dəstək verməkdə günahlandırdı və G7-ni bu cür hərəkətlərə yekdilliklə qarşı çıxmağa çağırdı.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/565714.html