Əhali Ermənistanı kütləvi şəkildə tərk edir - Statistika

 00:49 14.06.2021     63

Cari ilin 5 ayında Ermənistan əhalisinin 88 min 854 nəfəri ölkəni tərk edərək xarici dövlətlərə köçüb. Bu da son 25 ildə ən yuxarı göstəricidir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İctimai Şurasının Miqrasiya Məsələləri üzrə Komissiyasının sədri Qaqik Yeqanyan bildirib.

Onun sözlərinə görə, insanlar arasında miqrasiya əhval-ruhiyyəsi geniş artıb. Son 25 il ərzində analoji mənzərə olmayıb. Əhalinin ölkəni kütləvi surətdə tərk etməsinin dəqiq səbəbini öyrənmək üçün geniş tədqiqat aparılmalıdır.

Rəsmi məlumatlara əsasən 2021-ci ilin yanvar-mart aylarında ölkəni 63 min 713 nəfər həmişəlik tərk edib. Aprel ayında bu göstərici daha 16 min 827 nəfər artıb. Cari ilin mayında isə ölkəni 8 314 nəfər tərk edib.

O deyib ki, ilkin müşahidələrə görə, bu göstərici cəmiyyətdə müharibə qorxusunun artdığını, köçürülmə, ağır ictimai durum, sabaha etibarsızlıq və digər əhval-ruhiyyəni göstərir.

Milli.Az 


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/956397.html