Ölümü nə üçün arzulamaq olmaz?

 00:53 14.06.2021     61

İnsan ölümü arzulaya bilərmi? Dinimizin nəzərinə görə, bir insanın özünə ölümü arzu etməsi kərahəti olan mövzulardandır. Çünki həyat - Allahın ən böyük nemətlərindən hesab olunur. Məsumlarımız (ə) buyurur: "Ölümü arzu etməyin, bəlkə həyatı arzu edin. Ancaq o həyat ki, orada ehsan və yaxşılıq olar.

Axar.az xəbər verir ki, Həzrət Peyğəmbər (s) buyurur:

"Ölümü arzu etməyin, çünki ölüm əməli qət edər. İnsan artıq dünyaya qayıtmaz ki, yerinə yetirmədiyi işləri yerinə yetirsin". Ona görə də ölümü arzu etməyin, əgər ölümü arzu etsəniz, əməl qət olar və bir daha qayıtmazsınız.

Həzrət Rəsuli-Əkrəm (s)başqa yerdə buyurur: "Sizlərdən heç biriniz ölümü arzu etməsin. Çünki bilmir ki, göndərdiyi şey nədir".

Biz bilmirik ki, behişt əhlindənik, yoxsa cəhənnəm. İmam Əli (ə) Haris Həmədaniyə buyurur: "Ölümü və ölümdən sonra baş verənləri çoxlu yada sal. Ancaq ölümü arzu etmə, məgər o halda ki, möhkəm şərtin olsun və bu şərt adətən hasil olmaz".

Bir nəfər İmam Sadiqin (ə) yanında ölümü arzu edirdi və İmam (ə) ona buyurur: "Həyatı arzu et ki, itaət edəsən və günah etməyəsən. Əgər sağ olsan və itaət etsən - sənin üçün daha yaxşıdır, nəinki öləsən nə günah edəsən, nə də itaət".

Əgər insan həyatı arzu etsə və itaət edərək yaşayarsa, onun üçün ölməkdən daha yaxşıdır.

Hədislərimiz buyurur ki, şəhadəti arzu etmək başqa bir şeydir. Bu, ölümü arzu etmək deyildir. Hədislərimiz məsləhət görür ki, dua edən zaman şəhadəti dua edəsən. Çünki şəhadət yataqda ölməkdən və ani ölümdan daha yaxşıdır.

Ramazan ayında etdiyimiz duaların çoxunda deyirik: "Allahım! Mənim ölümümü Sənin yolunda şəhadət qərar ver. Vəfatımın növünü yolunda qətl olunmaq qərar ver".

Ölümün tezləşməsini də dua etmək məsləhət görülmür, ancaq ölümün növünü dua edə bilərsiniz.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/565721.html