Nəyimiz vardısa, satıb yedik – Zamiq Hüseynov

 23:43 13.06.2021     57

Əla fikirdir, çox yaxşı olardı. Kanallarımız yaxşı qazansa, onu edər.

Kult.az xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov MTV-yə açıqlamasında həmkarı Xatirə İslamın kanallara qonorar qarşılığında çağırılmaları barədə təklifinə münasibət bildirərkən deyib.

O deyib ki, pandemiyada ifaçıların yalnız toylardan qazandıqları ortaya çıxdı:

“İl yarımdır biz heç nə qazanmırıq. Əlimizdə nə var idisə, satdıq. Satırıq və yeyirik. Baxırsan ki, digər ölkələrdə radiolardan, televiziyalardan, klip, mahnı səslənən yerdən pul gəlir. Təki bizdə də olardı".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/maqazin/565711.html