Kürdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi

 01:12 14.06.2021     61

Bu gün Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində rayon sakini batma təhlükəsi ilə üzləşib.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxs xilas olunub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/hadise/565724.html