Liviyalı diplomat: Erməni vəhşiliyi açıq-aydın görünür

 01:30 14.06.2021     53

Ağdamda erməni vəhşiliyi açıq-aşkar görünür.

Axar.az xəbər verir ki, bunu Ağdamda səfərdə olan Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm bildirib.

Əşrəf Adəm deyib ki, ermənilər işğal etdikləri bu ərazilərdə heç bir tikinti, abadlıq işləri aparmayıblar:

“Ermənilər Ağdamda soyğunçuluq edib, hər şeyi talayıb aparıblar. Bu da ermənilərin bura soyğunçuluq üçün gəldiklərini açıq-aydın göstərir”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/565725.html