Bayden yeni baş naziri təbrik etdi: İsrailin ən yaxşı dostu...

 01:41 14.06.2021     57

ABŞ Prezidenti Co Bayden və İsrailin yeni baş naziri Naftali Bennet arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Ağ Evin məlumatında deyilir.

Bayden baş nazir seçilməsi münasibətilə Bennetə təbriklərini çatdırıb.

O, rəhbərlik etdiyi administrasiyanın İsrail hökuməti ilə işləməyə hazır olduğunu bildirib.

Bayden həmçinin ABŞ-ı İsrailin ən yaxşı dostu adlandırıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/565728.html