Misir peşmandır: Keçmiş səhifəni qapadaq!

 02:05 14.06.2021     64

Qətərlə keçmiş səhifəni qapatmaq istəyirik.

Axar.az xəbər verir ki, bu sözləri Misir xarici işlər naziri Samih Şükri deyib.

“Əlaqələrimizin normala qayıtması, milli mənafenin qazanılması və qardaş ərəb ölkələri ilə bağları gücləndirmək üçün keçmiş səhifəni qapatmaq istəyirik”, - deyə XİN rəhbəri bildirib.

O bildirib ki, Misirin sabitliyi və təhlükəsizliyi ilə bağlı bütün maddələr üzrə danışqlar aparılır.

Xatırladaq ki, hələ 2017-ci ilin iyununda Qətərin beynəlxalq terrorçuluğu maliyyələşdirməsi iddiası ilə bir çox ərəb ölkəsi, o cümlədən Misir rəsmi Doha ilə diplomatik əlaqələri ən aşağı həddə endirmişdi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/565677.html