"Neftçi"nin Çempionlar Liqasındakı potensial rəqibləri

 23:25 14.06.2021     59

Azərbaycanı 2021/2022 mövsümündə UEFA Çempionlar Liqasında təmsil edəcək "Neftçi”nin potensial rəqiblərinin sayı 4-ə enib.

Axar.az xəbər verir ki, mübarizəyə I təsnifat mərhələsindən start verəcək flaqman püşkatmada “Ludoqorets” (Bolqarıstan), “Şerif” (Moldova), “Dinamo” (Tbilisi, Gürcüstan) və ya “Kayrat” (Qazaxıstan) klublarından biri ilə düşəcək.

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/565936.html