Britaniyada daha 7742 nəfərə COVID-19 diaqnozu qoyulub

 23:45 14.06.2021     62

Böyük Britaniyada son sutka ərzində 7742 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 573 419 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 3 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 907 nəfərə çatıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/956731.html