NATO-da Ukrayna-Gürcüstan müzakirəsi: Tarix açıqlanmadı

 23:54 14.06.2021     59

NATO liderlərinin toplantısında Ukrayna və Gürcüstanın alyansa qoşulma hüququ növbəti dəfə dəstəklənib.

Axar.az xəbər verir ki, alyansın rəhbərləri hər iki ölkənin islahatlara davam etməli olduğu qənaətində olublar.

Ukrayna və Gürcüstanın 2008-ci il Buxarest sammitinin qərarına əsasən, NATO-nun üzvü olacağı təsdiqlənib, lakin sözügedən ölkələrin təşkilata nə vaxt daxil ediləcəyi ilə bağlı tarix açıqlanmayıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/565945.html