Azərbaycan düzgün olanı edir - İstəyimizə çatırıq

 00:29 15.06.2021     53

"Ötən gün Azərbaycanda COVİD 19-dan ölən olmayıb. Bunu ölkədə pandemiya ilə mübarizənin effektivliyi ilə əlaqələndirmək olar".

Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.

O bildirib ki, əhalinin heç olmazsa 40%-i vaksinasiya olunduqda bu, yoluxma sayına da təsirini göstərəcək:

"Nəzərə alsaq ki, çox qısa zaman öncə Rusiyada əhalinin daha sərbəst olması bizim insanların hətta onları dəfələrlə nümunə gətirməsinə səbəb olurdu. Deyirdilər ki, necə olur bəs, orada karantin rejimi daha yüngüldür. Bu gün yoluxanların və ölənlərin sayına görə Rusiya yenidən ön səralarda yer aldı. Bu məsələyə nəzər yetirsək, bir təcrübə olaraq demək olar ki, bizdə tətbiq edilən qapanmalar, vaksinasiya prosesinin sürətlə davam etdirilməsi öz effeltini göstərir. Vaksinasiyanın zamanında aparılması ytoluxmaya bir o qədər təsir etməsə də hazırkı mərhələdə, ölüm sayının azalmasına ciddi təsir göstərir. Əhalinin heç olmazsa 40%-i vaksinasiya olunduqda bu, yoluxma sayına da təsirini göstərəcək. Amma hazırda vaksinasiya daha çox ölüm faizlərinin aşağı salınmasında böyük rol oynayır. Yenə də bunlara baxmayaraq əhalidən xaişimiz odur ki, sosial məsafə, qapalı məkanlarda maskadan istifadə, qapalı məkanların tez-tez havalandırılması, əl gigiyenası kimi qaydalara riayət etsinlər. Vaksinasiya olunmanı yubatmasınlar. 

Yoluxma sayının və ölüm hallarının minimuma enməsi pandemiya ilə vidalaşırıq deməyimiz üçün hələ tezdir. Pandemiya bütün dünyanı əhatə edən qlobal bir problem olduğu üçün tək Azərbaycanda ölümün 0-a düşməsi, hətta  yoluxmanən belə 0-a düşməsi pandemiyanın sona çatması demək deyil".

Təhməz Əsədov
Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/country/956701.html