Mikayıl Cabbarov Zəngəzur dəhlizindən danışdı: "Azərbaycanın əsas hissəsini..." - FOTO

 00:31 15.06.2021     55

"Zəngəzur dəhlizi bölgənin tranzit və lojistik potensialını artıracaq".

Publika.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında də yazıb:

"Torpaqlarımızın azad edilməsi nəticəsində yaranan yeni reallığa uyğun olaraq, Azərbaycanın əsas hissəsini və Naxçıvan Muxtar Respublikasını birləşdirən Zəngəzur dəhlizi bölgənin tranzit və logistika potensialını artıracaq".

Onun sözlərinə görə, bu potensialın reallaşdırılması yeni nəqliyyat marşrutlarının başlanmasına, Azərbaycanın iqtisadi gücünün daha da artmasına, eyni zamanda regional əməkdaşlığın və sabitliyin möhkəmlənməsinə səbəb olacaq.

Hüseyn


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/gundem/359533.html