ÜST-dən pandemiya ilə bağlı açıqlama: 2022-ci ildə...

 00:44 15.06.2021     57

Dünya üzrə koronavirusa yoluxma sayında ardıcıl 7 həftədir ki, azalma səviyyəsi müşahidə olunur.

Axar.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Adhanom Qebreyesus deyib.

ÜST rəhbərinin sözlərinə görə, bu göstərici epidemiya zamanında ən uzun azalma dönəmidir.

O bildirib ki, 2022-ci ildə Almaniyada baş tutacaq G7 sammitinə qədər dünya əhalisinin ən azı 70 faizinin peyvəndlənməsi planlaşdırılır:

“Bunun üçün 11 milyard dozaya ehtiyacımız var”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/565951.html