İsveçrədə müəmmalı təyyarə qəzası: ölənlər var

 00:59 15.06.2021     55

İyunun 12-də İsveçrədə kiçik mühərrikli təyyarə və planer qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, qəza nəticəsində ən azı 5 nəfərin öldüyü bildirilib. Belə ki, dağlıq ərazidə plenarın qəzaya uğradığı barədə məlumat daxil olub. Lakin hava şəraiti əlverişsiz olduğu üçün axtarışlar iyunun 13-ü başlayıb. Əməliyyatın gedişatında planerin düşdüyü yerdən 1 kilometr məsafədə qəzaya uğramış yüngül mühərrikli təyyarə də aşkar edilib. Qəza zamanı onun pilotu və üç sərnişin, həmçinin bir uşaq həlak olub.

İki hadisənin bir-biri ilə əlaqədar olub-olmaması araşdırılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/565957.html