Qəssabdan qandonduran əməl - Polisin arvadını...

 01:15 15.06.2021     59

Meksikanın paytaxtı Mexiko şəhərində bir evdə aparılan axtarışda 17 cəsədə aid minlərlə sümük tapılıb.

Milli.Az "haberler.com"a istinadən bildirir ki, adı "Andres" olaraq açıqlanan, lakin kimliyi barədə daha ətraflı məlumat verilməyən 72 yaşlı şübhəlinin evinin döşəməsində aparılan qazıntılarda 17 nəfərə aid olduğu təsbit edilən 3787 sümük parçası aşkar olunub.

Hadisə yerində qurbanların şəxsiyyət vəsiqəsi və paltar kimi şəxsi əşyaları da var. Keçmişdə qəssab olduğu bildirilən şübhəlinin qurbanlarını öldürdükdən sonra "məharətlə" parçaladığı deyilir. Polis evin bir otağında edilən qazıntı işinin digər otaqlarda da aparılacağını açıqlayıb. Şübhəlinin son qurbanı bir polisin arvadı olub və ciddi araşdırmalardan sonra qandonduran cinayətlər üzə çıxıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/criminal/956635.html