Özbəkistanda Maye qaz maşını PARTLADI - ÖLƏNLƏR VAR

 02:12 15.06.2021     52

Özbəkistanın Səmərqənd vilayətində məişət qaz balonlarının qaz doldurma məntəqəsində qaz daşıyan maşının partlaması nəticəsində iki nəfər ölüb.

Publika.az xəbər verir ki, hadisə 14 iyun tarixində yerli vaxtla saat 17:40-da Səmərqənd vilayətinin Urqut rayonunda baş verib.

Hadisə nəticəsində yük maşını sürücüsü və yanacaqdoldurma məntəqəsinin bir əməkdaşı hadisə yerində həlak olub.

Faktı ilə bağlı araşdırma aparılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/mdb/359539.html