"YouTube"dan SƏRT QADAĞA: Yayımlanmayacaq...

 04:30 15.06.2021     53

"YouTube" video platforması başlıq səhifəsinin üstündə siyasi məzmunlu reklamların yayımlanmaması ilə bağlı qərar verib.

Publika.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Şirkətdən verilən məlumata görə, "YouTube"un reklam siyasətində yenilənmə edilib. Ana səhifə başında seçki, siyasi məzmunlu reklamlardan əlavə qumar, alkoqol və reseptli dərmanlarla bağlı reklamlar qadan olunub.

"Həm reklam verənlərin, həm də istifadəçilərin ehtiyaclarını tarazlaşdırmaq üçün reklam tələblərimizi mütəmadi olaraq nəzərdən keçiririk", - açıqlamada deyilir.

Reklam siyasətindəki yeniləmələrin xüsusilə həssas hadisələrlə bağlı qarışıqlığı, dezinformasiya və manipulyasiyanı minimuma endirmək üçün edildiyi qeyd edilib.

Hüseyn


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/ikt/359543.html