DİN-dən ötən gün Bakıda baş verən insidentlə bağlı AÇIQLAMA

 18:06 15.06.2021     40

Ötən gün paytaxtın Sahil metrostansiyası yaxınlığında yerləşən Xəqani bağında insident olub.

Milli.Az bildirir ki, sosial şəbəkədə paylaşılan görüntülərdə gənclərin mübahisə etdiyi görünür.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. DİN-nin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, videosu yayılan mübahisə iyunun 14-də gecə saatlarında Səbail rayonu ərazisində qeydə alınıb:

"Sözügedən mübahisədə xəsarət alan yoxdur. Tərəflər polisə müracət edərək hər hansı şikayətlərinin olmadığını, aralarında anlaşılmazlıq olduğunu bildiriblər".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/956830.html