Ərdoğana çağırış: Türkiyə hərbi müdaxilə etsin!

 18:56 15.06.2021     46

Prezident Rəcəb Tayyib Ərdoğandan Mənbiç və Tel Rifat başda olmaqla, Suriyanın digər bölgələrindən muzdlu qüvvələrin çıxarılması üçün hərbi müdaxilə tələb edirik.

Axar.az xəbər verir ki, bunu Suriya Müxalifət və İnqilabçı Qüvvələrin Milli Koalisiyasının rəhbəri Nəsir Həriri deyib.

“Türkiyədən, Rəcəb Tayyib Ərdoğandan Suriyaya əhəmiyyət verən bütün azad dünyadan xalqın və milli ordunun yanında olmasını, Mənbiç və Tel Rifat başda olmaqla, Suriyanın digər bölgələrindən muzdlu qüvvələrin çıxarılması üçün hərbi müdaxilə tələb edirik. Terror təşkilatlarına dəstək verən ölkələrdən, xüsusilə ABŞ-dan terrorçulara hərbi və siyasi dəstək vermələrini dayandırmasını, eyni zamanda dinc əhaliyə qarşı istifadə edilən ağır silahları geri çəkmələrini istəyirik”, - N.Hariri bildirib.

Qeyd edək ki, iyunun 12-də YPG/PKK Afrində xəstəxananı raket zərbələri ilə vurub. Hücum zamanı 14 nəfər ölüb, 32 insan isə yaralanıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/566114.html