İran Avropa ölkələri ilə hava əlaqəsini bərpa edir

 19:06 15.06.2021     40

Uzun sürən məhdudiyyətlərdən sonra Avropa ölkələri ilə İranın aviasiya əlaqəsi tədricən bərpa olunur.

Publika.az xəbər verir ki, bu barədə məlumatı İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsi Hüseyn Zibaxış verib. O bildirib ki, “Lufthansa” avişirkəti İrana və İrandan digər istiqamətlərə uçuşlarını bərpa edib. Şirkətin təyyarələri həftədə 3 dəfə müxtəlif istiqamətlərdə uçuşlar həyata keçirməyə başlayıblar. Lakin yaxın aylarda reyslərin sayı həftədə 5 dəfəyə kimi artacaq.

H. Zibaxış qeyd edib ki, iyunun 17-dən Avstriyanın “Austrian Airlines” şirkəti də həftədə 3 dəfə Tehran-Vyana reysini həyata keçirməyə başlayacaq.

Onun sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar sərnişinlərdən həkim arayışı tələb olunacaq. Eyni zamanda, Tehranın İmam Xomeyni beynəlxalq hava limanında ölkəyə daxil olanlardan COVID-19 testi götürüləcək.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/359616.html