Azərbaycanda kombayn istehsal ediləcək

 19:18 15.06.2021     37

Bu ilin sonunda Rusiyanın "Rostselmaş" müəssisəsi Azərbaycanda taxılyığan kombaynların istehsalını işə salmağı planlaşdırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, maşınlar "Azərmaş" zavodunda yığılacaq.

"Rostselmaş"ın satış departamentinin direktoru Andrey Kolesnikovun sözlərinə görə, Azərbaycanda NOVA 340 taxılyığma kombaynlarının istehsalı planlaşdırılır: "Bu kombayn ölkə fermerləri arasında çox populyardır və dəfələrlə öz etibarlılığını və məhsuldarlığını təsdiq edib. Azərbaycanda bu taxılyığma kombaynına tələbat artır".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/economy/956979.html