Rusiya millisinin heyətindən çıxarıldı - Avro-2020

 19:20 15.06.2021     34

Rusiya millisinin futbolçusu Yuri Jirkov yığmanın düşərgəsini tərk edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna onun Avro-2020-nin qrup mərhələsinin ilk turunda Belçika ilə matçda (0:3) zədələnməsi səbəb olub.  Zədənin ağırlığını nəzərə alaraq məşqçilər heyəti yarımmüdafiəçini millinin heyətindən çıxarmağa qərar verib. O, yaxın vaxtlarda Moskvadakı ixtisaslaşmış klinikalardan birində reabilitasiyaya başlayacaq.

Beləliklə, 37 yaşlı oyunçu Avro-2020-nin digər görüşlərində iştirak etməyəcək.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/956980.html