Konfrans Liqasında ilk təsnifat mərhələsinin püşkü atıldı

 19:21 15.06.2021     38

Bu gün yeni yaradılan UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. 

Tədbir İsveçrənin Nyon şəhərində təşkil olunub.

1-ci təsnifat mərhələsinin oyunları 8-15 iyul tarixlərində keçiriləcək. Bu mərhələdə ümumilikdə 66 komanda iştirak edəcək.
 
Azərbaycanı Konfrans Liqasında "Qarabağ", "Sumqayıt" və "Keşlə" təmsil edəcək. Premyer Liqa klubları mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq. Bu mərhələnin püşkü sabah atılacaq.
 
Avropa Konfrans Liqası, 1-ci təsnifat mərhələsi
 
Levadiya (Estoniya) - Sent-Cozefs (Cəbəllütariq)
İnter Turku (Finlandiya) - Puşkaş Akademiya (Macarıstan)
Deçiç (Monteneqro) - Drita (Kosovo)
Suduva (Litva) - Valmiera (Latviya)
La-Fiorita (San Marino) - Birkirkara (Malta)
Mons Kalpe (Cəbəllütariq) - Santa-Koloma (Andorra)
Velej (Bosniya və Herseqovina) - Kolreyn (Şimali İrlandiya)
Domjale (Sloveniya) - Svift Hesper (Lüksemburq)
Şkupi (Şimali Makedoniya) - Lyapi (Kosovo)
Dinamo (Batumi, Gürcüstan) - Tre Penne (San Marino)
Sfintul George (Moldova) - Partizani (Albaniya)
Maribor (Sloveniya) - Urartu (Ermənistan)
Laçi (Albaniya) - Podqoritsa (Monteneqro)
Milsami (Moldova) - Sarayevo (Bosniya və Herseqovina)
Noah (Ermənistan) - KuPS (Finlandiya)
Jilina (Slovakiya) - Dila Qori (Gürcüstan)
Hafnarfyordyor (İslandiya) - Slayqo Rovers (İrlandiya)
Payde (Estoniya) - Şlensk (Polşa)
RFS (Latviya) - Klaksvik (Farer adaları)
Bala Taun (Uels) - Larn (Şimali İrlandiya)
Fehervar (Macarıstan) - Ararat (Ermənistan)
Qaqra (Gürcüstan) - Sutyeska (Monteneqro)
Sileks (Şimali Makedoniya) - Petrokub (Moldova)
Şiroki Briyeq (Bosniya və Herseqovina) - Vlajniya (Albaniya)
Styarnan (İslandiya) - Bohemians (İrlandiya)
Qlentoran (Şimali İrlandiya) - TNS (Uels)
Sent-Culiya (Andorra) - Qzira Yunayted (Malta)
Avropa (Cəbəllütariq) - Kauno Jalgiris (Litva)
Dandalk (İrlandiya) - Nyutaun (Uels)
Spartak (Trnava, Slovakiya) - Mosta (Malta)
Struqa (Şimali Makedoniya) - Liepaya (Latviya)
Rasin Yunion Letseburq (Lüksemburq) - Breydablik (İslandiya)
Honka (Finlandiya) - Runavik (Farer adaları)

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/956981.html