“Möhkəm ol, Eriksen! Bakıdan sevgilərlə”

 19:25 15.06.2021     36

Avro-2020-nin Bakıda keçirilən oyunlarının Yerli Əməliyyat Qrupunun əməkdaşları və Avro-2020-nin könüllüləri bu gün Danimarka milli komandasının üzvü Kristien Eriksenə dəstək nümayiş etdiriblər.

Milli.Az AFFA-nın saytına istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunun qarşısında "STAY STRONG, ERİKSEN! From Baku with love" (Möhkəm ol, Eriksen! Bakıdan sevgilərlə) yazısı olan banner açılıb.

Xatırladaq ki, Avro-2020-nin B qrupunda iyunun 12-də keçirilən Danimarka - Finlandiya oyununun gedişində Kristien Eriksenin səhhətində ciddi problem yaranmış, futbolçu ilkin tibbi yardımdan sonra birbaşa xəstəxanaya təxliyyə olunmuşdu.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/956985.html