"Azərbaycan xalqının dəstəyini hiss edirik" - Şenol Günəş

 19:26 15.06.2021     35

"Azərbaycan xalqına bizi isti qarşıladıqlarına görə təşəkkür edirik. Burada öz evimizdəki kimiyik".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020-nin qrup mərhələsinin 2-ci turunda Uelslə Bakı Olimpiya Stadionunda keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.

İtaliya ilə qarşılaşdıqları ilk matçı uğursuz adlandıran mütəxəssis sabah qələbə qazanacaqlarına ümid edir: "Azərbaycan xalqının dəstəyini hiss edirik. Bakı Olimpiya Stadionu da çox gözəldir. İtaliya ilə oyun bizim üçün hərtərəfli uğursuz alındı. Amma sabah gözəl oyunla qələbə qazanacağımıza ümid edirik. Problemlərdən danışmaq əvəzinə həll yollarını tapmalıyıq. Hələ qrupdan çıxmaq şansımız var".

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Uels - Türkiyə oyunu saat 20:00-da başlayacaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/956986.html