Çinlə Tayvan arasında gərginlik: Qırıcılar havalandı

 19:58 15.06.2021     40

Çin Hərbi Hava Qüvvələrinə məxsus 28 qırıcı Tayvan hava məkanını pozub.

Axar.az xəbər verir ki, bu barədə Tayvan Hərbi Hava Qüvvələri məlumat yayıb.

“Çin Hərbi Hava Qüvvələrinə məxsus 14 ədəd J-16, 6 ədəd J-11 qırıcı, 4 ədəd H-6 bombardmançı, 2 ədəd KJ-500 strateji nəqliyyat təyyarəsi və 2 ədəd Y-8 yük təyyarəsi Tayvan hava məkanını pozub. Çin təyyarələri Tayvanın cənub və qərb hissəsində manevrlər edib.

Tayvan Hərbi Hava Qüvvələri tərəfindən Çin təyyarələrinə bölgədən uzaqlaşmaları üçün xəbərdarlıq edilib. Eyni zamanda, Tayvan qırıcıları və hava müdafiə sistemləri hərəkətə keçib”, - məlumatda bildirilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/566123.html