Qida “zənciri”: risklər necə yaranır - Ekspert

 22:48 16.06.2021     54

Qida nə qədər qısa məsafəyə daşınsa, o qədər yaxşıdır, xüsusilə də yay aylarında.

Bunu Axar.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Ekspertin sözlərinə görə, bəzi restoranlarda müştərilərə donmuş qidalar yeni məhsul adı ilə verilir:

“Amma bununla bağlı heç bir monitorinq və ya ictimai iş aparılmır. Məhsul tarladan masaya gəlincə müəyyən bir “zəncirdən” keçir. Həmin zəncirin həlqələri risklidir. Onlardan biri də daşınmadır. Uzaq məsafəyə daşınan məhsul zərərli ola bilər”.

Hüseynov bunun qarşısını alan mexanizmin olmadığını bildirib:

“Hələ ki, bunun qarşısını alacaq mexanizm yoxdur. AQTA qida zəncirində iştirak etməlidir. Əsasən də daşınan qida sözügedən qurumun nəzarətində olmalıdır”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/566423.html