Putin-Bayden görüşündə ən böyük nailiyyət... - Ekspert

 23:06 16.06.2021     72

Putin və Baydenin nüvə müharibəsinin qalibinin olmadığını təsdiqləməsi sammitin ən vacib nailiyyətidir.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Sergey Ordjonikidze deyib.

"Bu, zirvənin ən vacib nailiyyətidir. Bu günün reallığında geosiyasi fikir ayrılıqlarına baxmayaraq, dövlətlərdən belə bir formulada razılaşma əldə etdik. Bütün digər məsələlər həll edilə bilər. Sülh şəraitində bütün mövzularda danışıqlar mümkündür", - Ordjonikidze bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/566426.html