Koronavirusa yoluxmuş uşaqlarda appendisit iltihabı KƏSKİNLƏŞİR

 23:07 16.06.2021     77

Elm adamları koronavirus infeksiyasının uşaqlarda iltihablı appendisitə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Buna immunitet sisteminin aktivliyinin artması, həmçinin xəstəlikdən sonra qan damarlarının vəziyyətinin pisləşməsi səbəb ola bilər.

Milli.Az xəbər verir ki, Rusiyanın Seçenov Universitetindən olan alimlər appendisiti çıxarılan 2-18 yaş arasında onlarla uşağı müayinə edib. Uşaqlar iki qrupa ayrılıb. Birinci qrupa koronavirus testi müsbət çıxanlar, ikincisinə isə mənfi çıxanlar aid olub.

Həm birinci, həm də ikinci qrup uşaqların vermiform əlavələrini araşdırarkən mütəxəssislər bütün nümunələrdə kəskin irinli appendisit əlamətləri aşkar ediblər.

Müəyyən olunub ki, PCR testi müsbət çıxan uşaqların vermiform əlavələrində APF-2 fermentinin (virus onun köməyi ilə orqanizmə daxil olur) səviyyəsi ikinci qrupdakılardan 1,5 dəfə çoxdur. /medicina.az

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/health/957318.html